Quba, Azərbaycan
27.03.23
Maaş
:630-737
Qeyd
Böyük elmi işçi
Əmək funksiyası: Fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılması, elmi tədqiqatların nəticələrinin ekspertizası, tətbiqi, aprobasiyası, elmi texniki proqramlar üzrə tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirir, onların aparılmasında iştirak edir. Elmi innovasiya fəaliyyətini, elmi tədqiqatların və araşdırmaların yeni istiqamətlərini formalaşdırır, elmi proqramların hazırlanmasını təşkil edir, yerinə yetirilməsinin metod və vasitələrini müəyyənləşdirir. Elmi tədqiqat planlarının formalaşdırılmasında iştirak edir, başqa təşkilatlarla birgə tapşırıqların yerinə yetirilməsində iştirak edən icraçıların fəaliyyətini əlaqələndirir. Alınmış nəticələri ümumiləşdirir, başa çatdırılmış tədqiqatların və işlərin elmi ekspertizasını aparır. Onların nəticələrinin təcrübi sınaqdan çıxarılmasına rəhbərliyi həyata keçirir. Elmi tədqiqatların və işlərin nəticələrinin tətbiq olunma sahələrini müəyyənləşdirir və bu nəticələrin təcrübədə həyata keçirilməsinə elmi rəhbərliyi təmin edir. Müvafiq elm sahələrində elmi kadrların hazırlanmasını və ixtisaslarının artırılmasını həyata keçirir.